“Biz Ramilə inanırıq” – “Dinamo” rəsmisi

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Dinamo” (Moskva) klubunun idman direktoru Roman Oreşuk müsahibə verib.

Komanda.az “sport24.ru”ya istinadən xəbər verir ki, Moskva klubunun rəsmisi, Ramillə bağlı da danışıb:

“Ramilin potensialının aşağı olduğunu düşünmürəm. Ona sadəcə qol hesabını açmaq lazımdır. O da bunu edəcək. Ramilin özünün də buna görə necə narahat olduğunu görürəm. Biz ona inanırıq, onun qol vurmasının vaxtı var. Narahatlıq keçirmək yox, düşünmək lazımdır. O, hazırkı düşüncəsindən qurtulmalıdır. Qollar özü gələcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button