“Qalib gəlməyə layiq idik” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının İngiltərə Premyer Liqasının 26-cı turunun “Nyukasl”la oyunda (4:1) qazandığı qələbəni şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, oyundan razı qaldığını bildirib:

“Nyukasl”la oyundan çox razıyam. Uşaqlar həqiqətən yaxşı, aqressiv oynadılar və biz qalib gəlməyə layiq idik. “Nyukasl”ın rəqiblərinə problem yarada biləcək çoxlu resursu var, lakin biz üstünlüyü davam etdirdik, ritmimizi qoruduq. Bu gün komandamızın oyununu izləmək xoş oldu”.

İngiltərə Premyer Liqasında keçirdiyi 26 matçdan sonra “Arsenal” 58 xalla üçüncü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button