Müller: “Hər kəs buna dözməlidir”
“Bayern”in hücumçusu Tomas Müller komandada kiçik rollara keçidindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu əsas vəzifəsinin əlindən gələni etməli olduğunu bildirib:
“Baş məşqçinin işi biz oyunçuların xoşuna gəlib-gəlmədiyimizə qərar verməkdir. Mənim üçün əsas odur ki, boş dəqiqələr olanda əlimdən gələni edim, məşqdə yaxşı çıxış edim. Çox yaxşı nəticə verən hücumameyilli oyunçularımız var. Vəziyyət belədir. Hər kəs buna dözməlidir. Biz qalib gəliriksə, bunlar ikinci dərəcəli məsələlərdir.
Bədənim yaxşı işləyir, davam edə bilərəm. Mən məşq meydançasında və oyunlarda hər saniyə işimi görməyə çalışıram və əslində bu, çox yaxşı nəticə verir”.
34 yaşlı forvard bu mövsüm bütün turnirlərdə oyunlara 15-dən 6-da start heyətdə başlayıb. Eyni zamanda, Müller 2 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin