“Biz qalan 30 faiz şansımızdan yapışacağıq” – Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində doğma meydanda Macarıstan klubu “Fehervar”a qarşı keçirdikləri matçı şərh edib.

Komanda.az xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları dilə gətirib:

“Oyunun başlanğıcında azlıqda qalmağımız bütün planlarımızı pozdu. Mərhələ iki oyundan ibarətdir. Cavab qarşılaşması bundan da çətin olacaq. Səhvlərimiz üzərində çalışıb futbolçuları növbəti oyuna kökləyəcəyik. Təcrübəsiz komandayıq. Bəzi oyunçular oyundan qopdular. Dayaq yarımmüdafiəçilərindən söhbət gedir.

Qırmızı vərəqə olmasaydı, fərqli nəticə görə bilərdik. Oyunçuları inandırmalıyıq ki, səfərdə qələbə qazana bilərik. Stopper mövqeyində oynayan futbolçularımız azdır. Çətin olacaq. Cavab matçında rəqibin 70 faiz üstünlüyü olacaq. Biz qalan 30 faiz şansımızdan yapışacağıq”.

“Sumqayıt”la “Fehervar” arasında cavab görüşü iyulun 31-də Macarıstanda baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button