
“Biz qələbəyə layiq idik”
“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu “AZ Alkmaar” üzərində qələbədən (3:1) və Avropa Liqasının 1/4 finalına yüksəldikdən sonra fikirlərini bölüşüb.
Londonlular keçən həftə Niderlandda qeydə alınan minimal hesablı məğlubiyyətin (0:1) qisasını ala bilib. Komandanın heyətində Vilson Odobert dubl edib, Ceyms Maddison isə bir qola imza atıb.
Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, avstraliyalı çalışdırıcı komandanın kifayət qədər yaxşı oynadığını bildirib:
“Biz irəli getmişik. Əsas olan budur. Komanda kifayət qədər yaxşı oynadı, oyunu idarə etdi, amma düşünürəm ki, bəzən özümüzün ən pis düşmənimiz oluruq. Hər şey nəzarətimiz altında olanda rəqibimizin oyuna qayıtmasına icazə verdik ki, bu da gərgin sonluqla nəticələndi. Ancaq biz qələbəyə layiq idik”.
“Tottenhem” 1/4 finalda Frankfurt “Ayntraxt”ı ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin



