“Özümüzə və qələbəmizin mümkünlüyünə inandıq” – Ten Haq
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 32-ci turunun “Liverpul”la oyunundan (2:2) danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandasının oyunboyu yaxşı dözümlülük göstərdiyini söyləyib:
“Özünüz gördüz ki, “Liverpul” bizə təzyiq edirdi. Amma biz oyuna qayıtdıq və qalan vaxta qədər oyunda qaldıq. Əsas məqamlarda duelləri uduzsaq da, dözümlülük nümayiş etdirdik, həm topla, həm də topsuz oynamaqda məharət göstərdik. Birləşərək oynamağı bacardıq. Gənc futbolçularımız bəzən məəttəl görünürdülər, lakin ikinci hissədə yaxşılaşdılar. Biz özümüzə və qələbəmizin mümkünlüyünə inandıq”.
“Qırmızı şeytanlar” İngiltərə çempionatının 31 oyunundan sonra 49 xalla altıncı yerdədir. “Liverpul” eyni sayda oyundan sonra 71 xal yığaraq ikinci yerdə qərarlaşıb.
Bizi Facebook-da izləyin