“Bilirəm ki, çətin anlardan keçəndə hamı sənin üstünə düşür”
“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr Premyer Liqada “Aston Villa” ilə səfər matçı öncəsi fikirlərini bildirib.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, ingilis futbolçunun fikrincə, “qırmızı şeytanlar” istənilən rəqibə qalib gələ bilər:
“Bu, mənim altıncı mövsümümdür. Bilirəm ki, çətin anlardan keçəndə hamı sənin üstünə düşür. Son bir neçə mövsümdə baş məşqçim və mən sübut etdik ki, öz səviyyəmizdə oynasaq, hər kəsə qalib gələ bilərik. Amma problem sabitlikdir və biz bunu göstərməyə başlamalıyıq”.
“Aston Villa” – “Mançester Yunayted” matçı bu gün saat 17:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin