“Böyük hücumçularımız var” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta yeni hücumçunun mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı oyunçularına tam güvəndiyini bildirib:

“Yeni “doqquz nömrə”? Bu, özümüzə verdiyimiz sual deyil, çünki böyük hücumçularımız var. Biz oyunçularımıza tam güvənirik, inkişaf etmək istəyirik. Lakin biz bunu artıq bizimlə olan oyunçularla etməyə çalışacağıq”.

Daha əvvəl bildirilmişdi ki, “Arsenal” “Napoli”dən Viktor Osimhen və “Benfika”dan Viktor Qyokereslə maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button