“Biz oynadıq, onlar qələbə qazandı” – Ayxan Abbasov

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 24-cü turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:

“Oyun haqda qısa danışacam. Biz oynadıq, onlar qələbə qazandı. Yüz faizlik epizodlarımızı dəyərləndirə bilmədik. “Turan Tovuz” bir hücuma bir qol vurdu. Növbəti oyunlara baxacağıq.

Hakimlər və AFFA nümayəndəsi oyunun keçirilməsinin qənaətbəxş olduğunu bildirdi. Buna razı olmalıyıq. Oyunun keçirilməsinə maneə yox idi.

Belaydi Pusinin gedişi pis oldu. Əsas oyunçumuzun getməsini istəməzdim. Belaydini Azərbaycana mən gətirmişdim. Əvvəlcə “Turan Tovuz”a, sonra “Şamaxı”ya gəldi. Buranı seçməsinə vasitəçi oldum. Pusinin yaxşı təklifləri var idi. Onu başa düşürdük, böyük məbləğ yox idi. Azərbaycandan Rusiyaya az futbolçu gedir. Onu ora qazandırmaq bizi sevindirir. Eyni zamanda, klub da müəyyən qədər qazandı. Bunları düşündük. Axtarışlarımız var. İnşallah, xeyirli qərar verəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button