Sterlinq milli komandaya niyə dəvət almır?

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt “Çelsi”nin futbolçusu Rahim Sterlinqin bir ildən artıqdır ki, yığma komandaya niyə çağırılmaması sualını cavablandırıb.

Komanda.az “Evening Standart”-a istinadən xəbər verir ki, baş məşqçi millinin qapısının Sterlinqin üzünə heç vaxt bağlanmayacağını bildirib:

“Onun üçün qapılar bağlı deyil. Ancaq son bir neçə təlim-məşq toplanışında dediyim kimi, bizdə rəqabət ən yüksək səviyyədədir. Biz onun üzünə qapını heç vaxt bağlamayacağıq, çünki bilirik ki, o, həqiqətən vacib matçlarda özünü sübut edə bilər. Amma hazırda digər oyunçuların gerisindədir. Antoni Qordonun formasını, Jarrod Bovenin hədəflərini, Bukayo Saka və Fil Fodenin irəliləyişini nəzərə alsaq, o, milli komandada yer almaq üçün mübarizə aparmalı olacaq”.

29 yaşlı futbolçu DÇ-2022-dən sonra yığma komandaya dəvət almayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button