“Biz onun üçün mübarizə aparacağıq” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola müdafiəçi Kayl Uolkerin gələcəyi ilə bağlı danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis ingiltərəli futbolçunun komandasında qalmasını istədiyini bildirib:

“Ümid edirik ki, Kayl bizimlə qalacaq. Deyə bilərəm ki, o, bizim üçün çox vacib oyunçudur. Biz onun üçün mübarizə aparacağıq”.

Uolkerin “Bayern”ə keçmək qərarı ilə bağlı Qvardiolaya məlumat verdiyi daha əvvəl bildirilmişdi. Münhenlilər 33 yaşlı ingilis futbolçuya daha bir il uzadılma variantı ilə iki illik müqavilə təklif edəcək.

Müdafiəçi 2017-ci ildən “şəhərlilər”də çıxış edir. O, MS ilə 5 dəfə İngiltərə çempionluğunu, 2 dəfə ölkə kubokunu və superkubokunu, 4 dəfə Liqa kubokunu, bir dəfə isə UEFA Çempionlar Liqasını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button