“Biz onları italyansayağı tərzdə məğlub etdik”
Şimali Makedoniya millisinin baş məşqçisi Blaqoya Milevski DÇ-2022-nin pley-offunda İtaliya üzərindəki qələbəni (1:0) şərh edib.
Komanda.az UEFA-nın sayına istinadən xəbər verir ki, Milevski, İtaliya millisini italyansayağı tərzdə məğlub etdiklərini deyib:
“Biz onları italyansayağı tərzdə məğlub etdik. Qapıya cəmi iki zərbə vurduq ki, biri qol oldu. Bu qələbəyə görə şadam və futbolçularımla fəxr edirəm.
Elmas pley-offun finalında bizimlə olacaq və komandamızı gücləndirəcək. Traykovskiyə görə şadam. Biz belə də oynamağı planlaşdırırdıq. Özümüzün güclü tərəfimizi bilirik. Matçdan əvvəl futbolçularımdan xahiş etmişdim ki, oyundan həzz alsınlar. Onlar bunu edə bildilər”.
Şimali Makedoniya İtaliyanı səfərdə, 90+2-ci dəqiqədə vurulan yeganə qol sayəsində məğlub edib. Finalda onların rəqibi Portuqaliya olacaq.
Bizi Facebook-da izləyin