Ten Haq Hoylundu təriflədi
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandanın 21 yaşlı hücumçusu Rasmus Hoylundun irəliləyişi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, danimarkalı futbolçunun komandadakı fəaliyyətinin yaxşılaşdığını bildirib:
“Hoylundun yaxşılaşdığını görə bilərsiz. Biz ona güvənirik. O, qol vurmayanda dəfələrlə əsəbiləşir, amma ona görə onu seçdik. Sakit və dözümlüdür, stresli vəziyyətlərdə özünü ifadə etməyi bacarır. Onun imtina etmək istədiyi bir an belə olmayıb”.
Hoylund bu mövsüm bütün turnirlərdə 27 matçda iştirak edib, 9 qol vurub və 2 məhsuldar ötürmə edib. Hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin