DÇ-2022: “Biz ölkəyə medalla qayıtmaq istəyirik”

Mərakeş millisinin baş məşqçisi Valid Reqraqi DÇ-2022-nin üçüncü yer uğrundakı Xorvatiya ilə oyunu barədə fikirlərini bölüşüb.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, ölkələrinə medal qazanaraq qayıtmaq istədiklərini deyib:

“İmic baxımından üçüncü yeri tutmaq əla olardı. Biz dünya qarşısında çıxış edirik. Ağlımızda olan hər şeyi kənara qoyuruq. Yarımfinal mərhələsində uduzaraq ilk məğlubiyyətimizi almaq bizim üçün çox çətin idi. Oyunçularım turniri yaxşı başa vurmaq istəyirlər. Biz ölkəyə medalla qayıtmaq istəyirik”.

Mərakeş millisi DÇ-2022-nin yarımfinalında Fransaya uduzaraq (0:2), finala çıxa bilməyib. Onlar üçüncü yer uğrunda bu gün Xorvatiya millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button