”Qvardiolanın depressiyada olması futbolçulara çox da təsir etmədi”

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne komandasının bu mövsümün ilk yarısındakı çıxışından danışıb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, belçikalı futbolçu gələn il komandanın öz ritmini tutacağını söyləyib:

“Gələn il çoxunun zədədən qayıdacağını və komandanın öz ritmini tapacağını gözləyirik. Bu, çox vacibdir. Baş məşqçimiz Pep Qvardiola depressiyada idi, amma bu, futbolçulara çox da təsir etmədi. Biz necə qalib gələcəyimizi bilirik. Biz buna qayıtmaq istəyirik. Amma etiraf etməliyik ki, indi rəqiblər də çox güclüdür”.

“Şəhərlilər” İngiltərə çempionatının son oyununda “Lester”ə 2:0 hesabı ilə qalib gəlib. Komanda 19 turdan sonra Premyer Liqanın turnir cədvəlində beşinci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button