“Onlar məni gözləyirlər” – “Barselona”nın futbolçusu
“Barselona”nın müdafiəçisi Andreas Kristensen klubun artıq onun xidmətində maraqlı olmaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, danimarkalı futbolçu, klubun bu barədə ona heç nə demədiyini söyləyib:
“Biz müsbət düşünməyə davam etməliyik. Klub bu barədə mənə heç nə deməyib. Sadəcə, mənə dedilər ki, uğurla sağal. Onlar məni gözləyirlər”.
Kristensen Kataloniya klubunun sıralarına 2022-ci ilin yayında azad agent kimi qoşulub. O, bu müddət ərzində “Barselona”nın heyətində 75 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Tərəflər arasındakı hazırkı müqavilə 2026-cı ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin