“Millətlər Liqasında var gücümüzlə oynamalıyıq”
Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona Millətlər Liqasının 2024/2025 mövsümünün püşkünü dəyərləndirib.
Komanda.az millinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis turnirdə mümkün qədər irəliləmək istədiklərini vurğulayıb:
“Azərbaycanla oyun haqqında pis xatirələrimiz var. Güclü rəqib olan İsveçlə heç-heçə etmişdik. Onlar reytinqdə C divizionunun bütün komandalarından öndədirlər. Komandam rəhbərliyim altında Azərbaycan millisinə ilk oyunda məğlub olmuşdu. Estoniya, Azərbaycan və İsveç Avropa çempionatının seçmə mərhələsində eyni qrupda çıxış ediblər. Biz Millətlər Liqasında var gücümüzlə oynamalıyıq”.
Slovakiya yığması C Liqasının 1-ci qrupunda Azərbaycan, Estoniya və İsveçlə üz-üzə gələcək. Millətlər Liqasında 2024/2025 mövsümü sentyabrın 5-7-də keçiriləcək ilk turun oyunları ilə start götürəcək.
Bizi Facebook-da izləyin