ÇL: “İlk görüşdə baş verənləri düzəltmək istəyirik”
PSJ-nin müdafiəçisi Əşrəf Hakimi komandasının UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” ilə cavab oyununa hazırlığını dəyərləndirib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, komandanın ilk oyunda edilən səhvləri düzəltməyə hazır olduğunu deyib:
“Biz meydançaya qələbə arzusu ilə çıxacağıq. Komanda hər şeyi verəcək. İlk görüşdə baş verənləri düzəltmək istəyirik.
Kilian Mbappe? Onun çox motivasiyalı olduğunu görürəm. Geri qayıtmağa hazır olduğumuzu nümayiş etdirməyin vaxtı gəldi”.
Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə “Barselona” arasında ilk oyunu 3:2 hesabı ilə kataloniyalıların xeyrinə başa çatıb. Cavab oyunu bu gün keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin