“Biz Messiyə sahib olduğumuz üçün xoşbəxtik” – Puyol

“Barselona”nın sabiq futbolçusu Karles Puyol komandanın hücumçusu Lionel Messi ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, sabiq müdafiəçi, Messinin bir klubda ən çox qol vuran futbolçu ünvanına yiyələnməsi barədə danışıb:

“Məndən Maykl Cordanın kim olduğunu soruşsaz, dünyanın ən yaxşı basketbolçusu olduğunu deyəcəm. Məncə, Messinin də oxşar statusu var: dünyanın ən yaxşı futbolçusu. Bəzən onların ən yaxşı olması müzakirə edilir. Təbii ki, bir “Real” azarkeşinin Messini ən yaxşı kimi qəbul etməsi çətindir.

Biz isə Messiyə sahib olduğumuz üçün xoşbəxtik. Hansısa idmançının uzun illər eyni səviyyədə olması çətindir, amma biz Messidə bunun şahidi oluruq. Onunla birlikdə çalışdığım üçün çox məmnunam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button