“Messi karyerasını bitirsə belə, istədiyi qədər bizimlə ola bilər”

Argentina millisinin baş məşqçisi Lionel Skaloni hücumçu Lionel Messinin yığmadakı gələcəyindən danışıb.

Komanda.az “TyC Sports”-a istinadən xəbər verir ki, argentinalı çalışdırıcı, Messinin üzünə qapını bağlamayacaqlarını bildirib:

“Biz Messini tək qoymalıyıq. Bilir ki, biz öz tərəfimizdən ona qapını bağlamayacağıq. O, karyerasını bitirsə belə, istədiyi qədər bizimlə ola bilər”.

Messinin ötən ay 37 yaşı tamam olub.

Argentina millisi Kanadanı 2:0 hesabı ilə məğlub edərək, Amerika kubokunun finalına yüksəlib. Argentinalıların finaldakı rəqibi Uruqvay və Kolumbiya milliləri arasında iyulun 11-i keçiriləcək matçdan sonra bəlli olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button