
“Mbappe ilə bir-birimizi çox yaxşı başa düşürük”
“Real”ın yarımmüdafiəçisi Arda Gülər Xabi Alonsonun rəhbərliyi altında komandanın əsas oyunçusuna çevrilib və bu haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda, komandanın hücumçusu Kilian Mbappe ilə oyununu da şərh edib:
“Güclü tərəflərimiz mükəmməl şəkildə üst-üstə düşür. Biz Mbappe ilə bir-birimizi çox yaxşı başa düşürük, hər şey asanlıqla olur. Bəzən oyundan əvvəl meydanda nə edəcəyimizi müzakirə edirik. Bəzən sadəcə bir baxış kifayətdir”.
Madrid komandası La Liqanın 9-cu turu çərçivəsində, oktyabrın 19-da səfərdə “Xetafe” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



