“Lobotka ilə müqavilə imzalamaq istəyirik” – “Barselona”nın prezidenti

“Barselona”nın prezidenti Xuan Laporta klubun “Napoli”nin yarımmüdafiəçisi Stanislav Lobotkanı almaq istəməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub prezidenti slovakiyalı futbolçu ilə müqavilə imzalamaq istədiklərini deyib:

“Biz Lobotka ilə müqavilə imzalamaq istəyirik. Mən artıq Deku (klubun idman direktoru) ilə onun haqqında danışmışam”.

Lobotka 2020-ci ilin yanvarında “Napoli”yə keçib. O, İtaliya klubunda 154 oyun keçirib, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 29 yaşlı slovakiyalının neapollularla müqaviləsi 2026/27 mövsümünün sonuna kimidir.

Futbolçu Slovakiya millisində 52 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button