“İllərdir “Bayern”də belə bir şey görməmişdik” – Klub prezidenti
“Bayern”in prezidenti Herbert Hayner baş məşqçi Vensan Kompaninin işinə heyrandır.
Komanda.az “Bayern&Germany”-yə istinadən xəbər verir ki, son nəticələr klub rəhbərinin Kompani haqqındakı təəssüratını pozmayıb:
“Biz Kompanidən inanılmaz dərəcədə razıyıq, çünki komanda son dərəcə cəlbedici futbol oynayır. İllərdir “Bayern”də belə bir şey görməmişdik. “Ayntraxt”la oyunu izləmisizsə, tam üstünlük və nəzarəti müşahidə etmiş olarsız. Bu, çoxdan idi ki, baş vermirdi. Təəssüf ki, qalib gəlmədik, amma nəticələr gələcək. Kompani komandaya yeni impulslar gətirib, məşqdə futbolçuların sevincini görmək olar. Bu, bizə lazım olan şey idi”.
Münhen komandası belçikalı məşqçinin rəhbərliyi altında ilk 6 oyunda qalib gəlib, sonra üç oyunluq ardıcıl qələbəsiz davam edib.
Bizi Facebook-da izləyin