“Bayern” Raysın transferindən niyə imtina edib? – Açıqlama

“Bayern”in prezidenti Herbert Hayner yarımmüdafiəçi Deklan Raysı transfer etmək fikrindən niyə imtina etdiklərini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen təmsilçisinin prezidenti klubun hər şeydən önəmli olduğunu deyib:

“Deklan Raysın transferi ilə bağlı maliyyə imkanlarımızı nəzərə alaraq, biz başqa prioritetləri təyin etməli olduq. Klub hər şeydən önəmlidir. Biz klubun maraqlarına uyğun qərarlar qəbul etməliyik”.

Rays yayda “Vest Hem”dən “Arsenal” klubuna 116,6 milyon avroya keçib. Futbolçunun London klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button