“Barselona”nın prezidenti növbəti seçkidə də namizəd olacaq

“Barselona”nın prezidenti Xuan Laporta daha bir müddət klubda qalmaq, növbəti dəfə namizədliyini irəli sürmək niyyətini açıqlayıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, bunu deyib:

“Biz klubu xilas etdik. Layihə davam etməyə layiqdir”.

62 yaşlı funksioner 2003-2010-cu illərdə Kataloniya klubunun prezidenti olub və daha sonra yenidən 2021-ci ilin martından bu vəzifəni icra edir.

“Barselona” 2024/25 mövsümündə İspaniya çempionu, İspaniya kubokunun və superkubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button