“Biz Kepadan çox razıyıq” – Poçettino

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino qapıçı Kepa Arrisabalaqa haqda danışıb.

Komanda.az xəbər verir ki, 51 yaşlı argentinalı mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib:

“Biz Kepadan çox razıyıq. O, inanılmaz sadiqlik nümayiş etdirir və məşqçilər heyətinin yeni tələblərinə uyğunlaşır”.

Qapıçının London klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədədir. Arrisabalaqa 2022/2023 mövsümündə “zadəganlar”ın heyətində bütün yarışlarda 39 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button