
Kurtua: “Alonsonun tələblərinə uyğun dəyişməliyik”
“Real”ın qapıçısı Tibo Kurtua Madrid komandasının hələ yeni baş məşqçi Xabi Alonsonun üslubuna uyğunlaşmadığını bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunun üstündə çalışdıqlarını deyib:
“Xabi Alonso öz oyun tərzini görmək istəyir. Müdafiədə fərqli oyun tərzi və hücumda fərqli oyun tərzi. Karlo Ançelottinin rəhbərliyi altında dörd il oynadıq və hələ də bəzi işləri avtomatik edirik.
Biz yeni baş məşqçinin tələblərinə uyğun dəyişməliyik. Amma bu, dörd gündə baş verməyəcək. Çalışırıq, videolara baxırıq, çox danışırıq. Hər şey düzələcək. İlk oyunlardan çox şey öyrənəcəyik”.
Madridlilər Klublararası dünya çempionatında “Əl-Hilal”la heç-heçə edib (1:1).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


