“Biz itirəcək heç nəyi olmayan rəqiblə oynadıq” – Ançelotti
“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Leypsiq”lə heç-heçəni (1:1) şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, yüksək keyfiyyətli komanda ilə qarşı-qarşıya gəldiklərini söyləyib:
“Biz yüksək keyfiyyətli və eyni zamanda itirəcək heç nəyi olmayan rəqiblə oynadıq. Komandam elə əvvəldən ayaqlarından çəkilər asılmış kimi oynadı. Təbii ki, bu, dözmək məcburiyyətində qalmağımıza səbəb oldu. Amma vacib olan yeganə şey 1/4 finala yüksəlməyimizdir”.
İlk görüşdə madridlilər 1:0 hesabı ilə qalib gəlmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin