“İstəyirik ki, Lautaro komandada qalsın” – “İnter” rəsmisi
“İnter”in baş direktoru Cüzeppe Marotta argentinalı hücumçu Lautaro Martineslə müqavilənin mümkün uzadılması barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi argentinalı forvardın istəklərinin onların arzularıyla üst-üstə düşdüyünü bildirib:
“Biz istəyirik ki, Lautaro komandada qalsın və yeni müqavilə imzalasın. Onun istəkləri bizim arzularımızla üst-üstə düşür və bu çox vacibdir.
O, kapitanımızdır, “İnter”in bir hissəsi olmağı sevir, ona görə də, müqavilənin uzadılmasında heç bir problem görmürəm. Yeganə məqam ondan ibarətdir ki, bu işdə tələsməyə ehtiyac yoxdur”.
Martines 6 ildir (2018-ci ildən) “İnter”də çıxış edir. Argentinalı forvard bu mövsüm bütün turnirlərdə 36 oyun keçirib, 26 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun Milan klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir.
Bizi Facebook-da izləyin