“Biz istənilən zaman oynaya biləcək oyuncaqlar deyilik” – Kurtua
İspaniya La Liqasının 18-ci turu çərçivəsində “Osasuna” ilə 0:0 hesablı heç-heçə edən “Real”ın qapıçısı Tibo Kurtua oyundan sonra açıqlama verib.
Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan belçikalı futbolçu, əlverişsiz hava şəraitinə baxmayaraq, oyunun keçirilməsi qərarını tənqid edib:
“Qalib gəlmək istəyirdik. La Liqada çempionluq savaşındayıqsa, hər oyunda qələbə qazanmalıyıq. Bu vəziyyətdə futbol oynamaq çox çətindir. Belə vəziyyətdə La Liqa rəhbərliyinin bizdən tələb etdikləri məyusluq doğurur. Bura gələrkən, hava limanında problem yaşadıq. İndi necə qayıdacağımızı da bilmirik. Mən özümü güvəndə hiss etmirəm. Oyuna çıxmasaq, məğlubiyyət ala biləcəyimiz deyildi. Biz istənilən zaman oynaya biləcək oyuncaqlar deyilik”.
Bizi Facebook-da izləyin