“İşləməyə davam etməli və tənqidlərə tab gətirməliyik” – Simeone

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 28-ci turunda “Kadis”lə oyundakı (0:2) məğlubiyyətə münasibət bildirib:

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandanın yüksək nəticə göstərə bilməməsinə görə heyifsiləndiklərini bildirib:

“Mən hiss edirəm ki, komanda əlindən gələni edir. Ev oyunlarında olduğu kimi yüksək nəticələr əldə etmək üçün başqa nə etmək lazım olduğunu başa düşmürəm. Biz işləməyə davam etməli və tənqidlərə tab gətirməliyik. Bu, ədalətlidir. Daha yaxşı olmağa çalışırıq. Komandanın qələbə arzusu var. Futbolçular göstərmək istədikləri oyunu oynaya bilmədiklərinə görə çox üzüldülər”.

Dünənki oyunda “Kadis” hücumçusu Xuanminin dublu sayəsində “Atletiko”nu məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button