“Biz indi yeni müqaviləni müzakirə edirik” – “İnter”in müdafiəçisi
Müdafiəçi Denzel Dumfris yeni müqavilə imzalamaq üçün “İnter” rəhbərliyi ilə danışıqlar apardığını bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu klubda qalmaq istədiyini deyib:
“Biz indi yeni müqaviləni müzakirə edirik. Danışıqlar tam sürətlə gedir və mən klubda qalmaq istəyirəm”.
Futbolçunun “İnter”lə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.
27 yaşlı müdafiəçi 2021-ci ilin avqustunda “İnter”ə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin