“Biz indi sınmışıq və əzilmişik” – Kyellini

“İtaliya millisinin dünya çempionatında iştirak etməməsi komandanın 2021-ci ilin sentyabrından bəri buraxdığı səhvlərin nəticəsidir”.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu sözləri İtaliya yığmasının müdafiəçisi Corco Kyellini deyib:

“Nə baş verdiyini izah etmək çətindir. Çox məyus olduq. Yaxşı oyun keçirdik, amma qol vura bilmədik. Sentyabr ayından bu günə qədər səhvlər etdik və onların əvəzini ödəməli olduq. Meydanda hər şeyini verən komandamızla fəxr edirəm. Aydındır ki, biz indi sınmışıq və əzilmişik, içimizdə böyük bir boşluq var”.

Martın 24-də İtaliya millisi DÇ-2022-nin pley-offunun yarımfinalında Şimali Makedoniyaya 0:1 hesabı ilə uduzub. Bununla da, italiyalılar DÇ-2022-də iştirak hüququnu itiriblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button