
Amorim “Mançester Yunayted”dəki kütləvi ixtisarlardan danışdı
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim İngiltərə klubundakı kütləvi ixtisarlarla bağlı danışıb.
Komanda.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı hər kəs üçün həmişə çətin olduğunu bildirib:
“Hər kəs üçün həmişə çətindir. İnsanlar dostlarının və komanda yoldaşlarının işlərini itirdiklərini görürlər. Yenə də, bu anda kluba kömək etmək üçün nə edə biləcəyimizə diqqət yetirməli və bir klub olaraq bu vəziyyətə düşmək üçün nəyi səhv etdiyimizi anlamalıyıq.
Biz indi həll yolları üzərində düşünməliyik. Bilirik ki, bu il hamı üçün həqiqətən çətin bir il oldu və biz klub olaraq çoxlu dəyişikliklər etdik. Yaxşı çıxış edən və oyunlar qazanan bir futbol komandanız varsa, bu, azarkeşlərin dəyişikliklərin öhdəsindən gəlməsini asanlaşdırır. Amma hazırda klubda və meydanda fərqli dönəmdəyik. Biz bu hisslə mübarizə aparmalıyıq və bu dəqiqə əlimizdən gələni etməyə çalışırıq”.
Daha əvvəl “Mançester Yunayted”in büdcəni optimallaşdırmağa görə işçiləri üçün verdiyi pulsuz nahar yeməyini ləğv etdiyi bildirilib. MY həmçinin, rəsmi saytında çoxlu sayda işçinin ixtisar ediləcəyi və klubun transformasiyası barədə məlumat yayıb.
Bizi Facebook-da izləyin



