
DÇ-2026: “Biz iddiaçılar arasında ola bilərik, lakin favorit deyilik”
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel komandasının qarşıdan gələn 2026-cı il dünya çempionatında uğur qazanmaq şanslarını şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, turnirdə hələ favorit olmadıqlarını söyləyib:
“Biz iddiaçılar arasında ola bilərik, lakin favorit deyilik. Argentina, Fransa, İspaniya və Braziliya yığmaları da qələbə üçün mübarizə aparacaq. Bu, bizim şansımızın az olması demək deyil. Lakin qələbə qazanmaq üçün hələ çox yolumuz var. Biz bunu addım-addım edəcəyik”.
İngiltərə millisi oktyabrın 9-da Uels yığmasıyla yoxlama oyunu keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



