
“Sumqayıt” yaxşı komandadır, ancaq…” – “Kəpəz”in hücumçusu
Azərbaycan Premyer Liqasının 25-ci turunda “Kəpəz” “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.
Bölgə təmsilçisinin hücumçusu Luis Paçu qalib gəldikləri oyunla bağlı fikirlərini Komanda.az-a bölüşüb.
29 yaşlı forvard açıqlamasında dünənki oyunda hər şeyin çox yaxşı olduğunu bildirib:
“Bu gün hər şey çox yaxşıdır. Biz yaxşı oynadıq və xallarımızı qazandıq. Hər oyuna bu şəkildə hazırlaşırıq və bu niyyətlə gəlirik.
Növbəti oyunda “Sumqayıt”la qarşılaşacağıq. Hər oyuna eyni formada hazırlaşırıq. “Sumqayıt” yaxşı komandadır, ancaq biz hər oyuna potensial üç xal kimi baxırıq. İnanırıq ki, növbəti oyunda da üç xalı qazanan tərəf biz olarıq”.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



