“Hakimlər VAR-a getdikdə, qolun oyundankənar vəziyyətdə olacağını artıq bilirik”

“Barselona”nın müdafiəçisi Pau Kubarsi komandasının oyun tərzi ilə bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı ispaniyalı futbolçu həmişə çox yüksək müdafiə xətti ilə oynamağa çalışdıqlarını bildirib:

“Biz həmişə çox yüksək müdafiə xətti ilə oynamağa çalışırıq ki, rəqibləri ofsayd vəziyyətinə salaq. Risklidir, amma bu bizim işimizdir. Hakimlər VAR-a getdikdə, qolun oyundankənar vəziyyətdə olacağını artıq bilirik. Lakin bəzən bu, incə xəttdir”.

“Barselona” dünən yenə qalib gəlməyi bacarıb. Komanda bu dəfə “Espanyol”u məğlub edib (3:1). Hans-Diter Flikin komandasının rəqibi yenə müntəzəm olaraq ofsaydda olub – 6 dəfə.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button