
“Bu, hazırkı “Mançester Yunayted” üçün layiqli heç-heçədir” – Sabiq futbolçu
“Mançester Yunayted”in keçmiş futbolçusu Roy Kin komandanın dünən “Arsenal”la 1:1 hesablı heç-heçəsindən danışaraq, köhnə günləri xatırlayıb.
Komanda.az “Yunayted Stand”-a istinadən xəbər verir ki, irlandiyalı sabiq oyunçu bunun hazırkı “Mançester Yunayted” üçün layiqli heç-heçə olduğunu söyləyib:
“Biz heç-heçədən sonra tənqid olunurduq. Görün o vaxtdan bəri işlər necə dəyişib. İndi komandanı alqışlayırlar. Bu, hazırkı “Mançester Yunayted” üçün layiqli heç-heçədir”.
Ruben Amorimin komandası Premyer Liqada 28 turdan sonra 34 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



