“Biz hamımız oyunda olmaq istəyirik, amma…” – Arrisabalaqa
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində İsveç milli komandasını 3:0 hesabı ilə məğlub edən İspaniya yığmasının qapıçısı Kepa Arrisabalaqa matçdan sonra açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Çelsi”də forma geyinən 24 yaşlı qapıçı, millinin digər qolkiperi David de Xea ilə aralarında olan rəqabət haqqında danışıb:
“Hər zaman ən yaxşı formada olan start heyətində yer alır. Bilirəm ki, bu gün David oynamadığı üçün təəssüfləndi. Biz hamımız oyunda olmaq istəyirik, amma bu, baş məşqçinin qərarıdır və bu qərarlara düzgün reaksiya göstərilməlidir.
Biz uzun zaman bu rəqabətə aid olan mübahisələrin içində olmuşuq, amma oynamaq lazımdır. Komandamıza kömək etdiyim və mövsümü ən yaxşı şəkildə bitirdiyim üçün xoşbəxtəm. Bundan sonra da baş məşqçinin rəğbətini qazanmaq üçün öz üzərimdə çalışmağa və ən yaxşı oyunumu göstərməyə çalışacam”.
Bizi Facebook-da izləyin