
Yamal: “Hamımız Xaviyə çox minnətdarıq”
“Barselona”nın cinah oyunçusu Lamin Yamal çempionluqla bağlı emosiyalarını bölüşüb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, komanda olaraq xoşbəxt olduqlarını söyləyib:
“Biz hamımız Xaviyə çox minnətdarıq. O olmasaydı, bu baş verməzdi. Xavi bizə – gənc oyunçulara debüt etmək imkanı verdi. Ona təşəkkür etmək istəyirəm.
Mən vacib qollar vurmaq üçün yox, klubun xeyrinə çalışıram. Kənardakıların nə dediyi məni maraqlandırmır. Bütün diqqətimi oyunlara cəmləmişəm və klubum üçün etdiyimi etməyə davam edəcəm. Biz çox xoşbəxtik. Hər zaman sona qədər bəzi şübhələr var. Bu çempionluq klub üçün çox vacib bir şeydir və biz buna nail olduq”.
Xavi 2021-ci ilin noyabrından 2024-cü ilin mayına kimi “Barselona”nın baş məşqçisi vəzifəsində çalışıb. 2024-cü ilin yayında onun yerinə Hans-Diter Flik dəvət olunub.
Mayın 15-də La Liqanın 36-cı turu çərçivəsində “Espanyol”la “Barselona” arasında oyun olub. Görüş kataloniyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Barselona”nın 85 xalı var və artıq La Liqada çempionluğu təmin edib.
Bizi Facebook-da izləyin