
“Avropadakı komandalar çox yaxşı hazırlaşır və yüksək tempdə oynayırlar”
“Roma”nın baş məşqçisi Can Pyero Qasperini UEFA Avropa Liqasının növbəti turunda Şotlandiyanın “Reyncers” komandasına qarşı keçiriləcək oyundan öncə açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis komandasının iştirak etdiyi bütün turnirlərdə yalnız qələbə qazanmaq məqsədi ilə çıxış etməli olduğunu bildirib.
Bununla yanaşı, o, A Seriyası təmsilçilərinin Avropa yarışlarında müəyyən çətinliklərlə üzləşdiyini də etiraf edib:
“Biz hər oyunda, hər turnirdə qalib gəlmək üçün mübarizə aparmalıyıq. İki ev matçı bizi daha da motivasiya edir və maksimum diqqətli olmağa çalışırıq. Avropadakı komandalar çox yaxşı hazırlaşır və yüksək tempdə oynayırlar. Bu da bizə qarşı çətinlik yaradır”.
“Reyncers” – “Roma” qarşılaşması bu gecə Qlazqoda keçiriləcək. Şotlandiyalılar üç turdan sonra xal qazanmadan turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb, “Roma” isə 3 xalla 24-cüdür.
Bizi Facebook-da izləyin



