“Baş məşqçidən belə sözlər eşitmək istəmirəm”
“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes komandanın baş məşqçisi Ruben Amorimin açıqlamasına münasibət bildirib.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu bunu deyib:
“Baş məşqçidən belə sözlər eşitmək istəmirəm, çünki onun belə düşünmədiyini bilirəm. O, bu problemi özü üzərinə götürdü, buna görə də, belə bir şeyə qəzəbli ola bilməz. Baş məşqçi “Mançester Yunayted”in ən pis komanda olmasından danışanda, Premyer Liqa cədvəlindəki yerimizi nəzərdə tutur. Biz həmişəkindən daha pis vəziyyətdəyik. Komandamız qətiyyən bu mövqeyə aid deyil”.
Portuqaliyalı mütəxəssis hazırkı “Mançester Yunayted”i tarixin ən pis komandası adlandırıb.
MY İngiltərə çempionatının 22 turunun nəticələrinə əsasən turnir cədvəlində 13-cü yeri tutur.
Bizi Facebook-da izləyin