“Biz gəldiyimiz gündən Kaysedo fantastik çıxış edir” – “Çelsi”nin baş məşqçisi
“Çelsi”nin baş məşqçisi Enzo Mareska ekvadorlu yarımmüdafiəçi Moyses Kaysedonun cari mövsümdəki çıxışından danışıb.
Komanda.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, italiyalı çalışdırıcı, Kaysedonun çox yaxşılaşdığını bildirib:
“Biz gəldiyimiz gündən Kaysedo fantastik çıxış edir. Oyunçular insandır və bir az eniş-yoxuş olması normaldır. Kaysedo çox yaxşılaşdı. Biz həm onunla, həm də hər kəslə vaxt keçirməyə, onları yaxşılaşdırmağa çalışırıq. Moyses özünün nə qədər yaxşı olduğunu göstərir.
Onun “Brayton”da çox yaxşı olması o demək deyil ki, “Çelsi”yə gedəndə avtomatik orada olduğu qədər yaxşı olacaq. Uyğunlaşması üçün bir az daha vaxt lazımdır. “Çelsi” böyük klubdur, dünyanın ən yaxşı klublarından biridir, ona görə də, uyğunlaşmaq asan deyil. Oyunçular buraya gələndə bu, avtomatik olaraq baş vermir. Ola bilsin ki, bir az vaxt lazımdır və indi Moyses bu il nə qədər yaxşı olduğunu göstərir”.
Bizi Facebook-da izləyin