“Biz Gürcüstandanıq, Rusiya bizim ölkəni işğal edib” FOTOLAR
Gürcüstanın futbol üzrə yüksək liqasının dünən və srağagün keçirilən oyunlarına üç komanda – “Torpedo” (Kutaisi), “Rustavi” və Tbilisi “Lokomotiv”inin futbolçuları meydana Rusiya əleyhinə şüarlarla çıxıblar.
Komanda.az xəbər verir ki, futbolçuların formalarının üzərində “Biz Gürcüstandanıq, Rusiya bizim ölkəni işğal edib” sözləri yazılıb.
Daha sonra Gürcüstan Futbol Federasiyasının saytı “Lokomotiv”in matçından fotoları “Biz torpaqlarımızın 20 faizinin işğal olunmasını unutmuruq” sözləri ilə paylaşıb.
Xatırladaq ki, rusiyalı deputatın Gürcüstan parlamentindəki beynəlxalq tədbir zamanı bu ölkənin parlamenti sədrinin yerində əyləşməsi etirazlara səbəb olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin