ÇL: “Gələn həftə nəyisə dəyişmək üçün mübarizə aparacağıq”

“Bayer”in baş məşqçisi Xabi Alonso komandasının Çempionlar Liqasının 1/8 final mərhələsində “Bayern”lə ilk oyununda (0:3) məğlubiyyətindən danışıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, komanda olaraq ciddi səhvlərə yol verdiklərini etiraf edib:

“Bu gün əleyhimizə çox şeylər gedirdi, amma bu, öz günahımız idi. Oyuna nəzarət edə bilmədik və ciddi səhvlərə yol verdik. Bu, əlbəttə ki, çox bezdiricidir. Bu oyunu həzm etmək üçün vaxta ehtiyacımız olacaq. Amma bu, inamımız bitənə qədər bitməyəcək. Futbolda ən inanılmaz şeylər baş verir və biz gələn həftə nəyisə dəyişmək üçün mübarizə aparacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button