“Biz Flikə tam etibar edirik” – “Barselona”nın prezidenti
“Barselona”nın prezidenti Xuan Laporta komandanın yeni baş məşqçisi Hans-Diter Flik haqqında danışıb.
Komanda.az “Jijantes FC”-ya istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti Flikə tam etibar etdiklərini bildirib:
“Biz Flikə tam etibar edirik. O, bilir ki, “Barselona” öz oyun tərzi ilə futbol dünyasında etalondur. Biz qalib gəlmək istəyirik”.
Alman çalışdırıcı bu yaydan etibarən “Barselona”ya rəhbərlik edir və o, komandanın baş məşqçisi vəzifəsində Xavini əvəzləyib.
“Barselona” İspaniya La Liqasının son mövsümünü 85 xalla 2-ci pillədə başa vurub.
İspaniya çempionatının yeni mövsümü avqustun 15-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin