“Biz Flikə güvənməyə davam etməliyik” – Matteus
“Bayern”in və “İnter”in keçmiş futbolçusu Lotar Matteus Almaniya millisinin baş məşqçisi Hans-Diter Flikə etibar etməyə çağırıb.
Komanda.az TZ-yə istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis milli komandanın Flikə güvənməli olduğunu bildirib:
“Flik son bir neçə aydır bəzi rotasiyalar edir. Bilirəm ki, o, daim daha yaxşı olmaq üçün yol axtaranlardandır. Ola bilsin ki, tapa bilməyib. Ancaq uğursuzluğa həmişə cavab verə bilər. O, yenə də gələcəkdə komandaya kömək edə biləcək nəticələr çıxara bilər. Demək istəyirəm ki, biz Flikə güvənməyə davam etməliyik”.
Almaniya millisi son beş oyununda yalnız bir qələbə qazanıb: bu ilin martında Peru (2:0) üzərində. Flikin yetirmələri Belçika, Polşa və Kolumbiya komandalarına uduzub, ukraynalılarla 3:3 hesablı bərabərə qalıb.
Almaniya millisi sentyabrın 9-da Yaponiya, üç gün sonra isə Fransa ilə üz-üzə gələcək.
Bizi Facebook-da izləyin