“Təkəbbürlü deyilik, qələbə qazanmaq istəyirik” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda LASK-la oyundan gözləntilərini bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, alman baş məşqçi bunları söyləyib:

“Avstriya futbolunu bilirəm, amma heç vaxt Linzdə olmamışam. Favorit olduğumuzu bilirəm, amma futbol oynamaq üçün buradayıq. Biz bu oyunu ciddi qəbul edirik və ondan maksimum yararlanmaq istəyirik. Təkəbbürlü deyilik, qələbə qazanmaq istəyirik. Rəqib çox sabitdir, cinahlardan yaxşı istifadə edir, yaxşı cərimə zərbələri var. Bu, asan olmayacaq və onlara oynamağa icazə versək, bu fürsətdən istifadə edəcəklər”.

Komandalar arasında oyun sentyabrın 21-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button