“Biz evimizə 3 xal gətirə bilmədik, amma…” – Ramil Şeydayev
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev UEFA Millətlər Liqasının 5-ci turu çərçivəsində Monteneqro yığması ilə keçirilən oyun (0:0) barədə fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabından paylaşım edib:
“Biz evimizə 3 xal gətirə bilmədik, amma ruhdan düşmürük və növbəti – Lüksemburqla oyuna hazırlaşırıq. Biz bir komandayıq və birlikdə uğura nail olacağıq”.
Lüksemburq – Azərbaycan oyunu sabah, saat 23:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin