İtaliyalı futbolçu: “Biz evə getməyə layiqik”

İtaliya millisinin futbolçusu Brayan Kristante AÇ-2024-ün 1/8 finalında İsveçrə ilə oyun haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu evə qayıtmağa layiq olduqlarını bildirib:

“İsveçrə demək olar ki, bütün göstəricilərdə bizdən üstün idi. Biz evə getməyə layiqik. Biz bir araya gəlib növbəti turnirə yeni güc və ruhla başlamalıyıq. Amma təşkilatçılıqda belə böyük boşluq görüb, artıq bütün gücünü itirirsən”.

Oyun iyunun 29-da baş tutub və isveçrəlilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İtaliya millisi Avropa çempionatının hazırkı qalibidir. Onlar 2021-ci ildə finalda İngiltərə millisini məğlub edərək, kuboku qazanıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button